Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Daha ətraflı “Caliber”in yeni buraxılışında: |
“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanda guya fikir və mətbuat azadlığının hədəf alındığı, əsassız həbslər həyata keçirildiyi barədə 8 mart tarixli bəyanatını qətiyyətlə rədd edirik. |
Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndiririk”. |
Bu barədə Azərbaycan Xarici İşlər Nazirlyinin (XİN) bəyanatında deyilir. |
Qeyd olunub ki, insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, qanunvericilik strukturlarında geniş rüşvətxorluq və korrupsiya hallarının yayıldığı, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının geniş yayıldığı, bu, habelə bir sıra digər insan hüquqları pozuntularına qarşı tədbirlər görməyən Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur. |
“Azərbaycanda fundamental hüquq və azadlıqlar, eləcə də media azadlığı tam olaraq təmin edilir. |
Bir daha, Azərbaycanın daxili işlərinə qarışmamağı Fransa tərəfindən tələb edirik”. |
Bakıda avtobus sürücüsü qayda pozaraq sərnişinlərin həyatını təhlükəyə atıb. |
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sərnişinlər tərəfindən lentə alınıb. |
Belə ki, 211 nömrəli marşrut avtobusunun sürücüsü sükan arxasında günəbaxan tumu çırtlayaraq, seriala baxıb. |
Həmin görüntüləri təqdim edirik: |
Rusiya-Ukrayna müharibəsinin ilk aylarında əsir düşən “Azov” briqadasının sonradan azad olunan üzvləri arasında hərbi həkim də var. |
Sergey Qaruşin 2022-ci ilin mart, aprel və may aylarında Mariupol şəhərinin, “Azovstal” zavodunun müdafiəsi zamanı həkim kimi hərbçilərin yanında olub, sonda isə digər döyüşçülərlə birgə əsir düşüb. |
Bir ildən sonra əsirlərin mübadiləsi zamanı azad edilən S.Qaruşin yenidən “Azov” briqadasında xidmətə başlayıb. |
Baku TV-yə açıqlama verən S.Qaruşin əsirlikdə olanda hətta rusiyalı hərbçiləri xilas etdiyini, dəfələrlə onlara tibbi yardımlar göstərdiyini bildirib:""“Bir hadisədən bəhs edim. |
Rusiyanın Çelyabinsk şəhərindən olan hərbçiyə rast gəlmişdik, o, yaralı idi.Onun sözlərinə görə, kiçik övladı xəstə idi və müalicəsi üçün çoxlu pul lazım idi.Qolu qəlpə ilə zədələnmişdi. |
Yəni qolunu tamamilə itirə bilərdi. |
Ancaq əməliyyat yolu ilə onun həyatını xilas etdik. |
Belə yardımlarımız dəfələrlə olub. |
Bəzən ironiyalı vəziyyətlərlə də üzləşirik. |
Elə olur ki, NATO-ya, ABŞ-yə düşmən olan Rusiyanın əsgəri əsir düşür və qolunda ABŞ istehsalı olan rezin bantla gətirirlər. |
ABŞ istehsalı olan həmin rezin bant onu xilas edir. |
Ən çətini isə hərbçilərin öz dostlarının cansız bədənini paketlərdə gətirmələridir. |
Onlar birgə çiyin-çiyinə döyüşdüyümüz, əvvəllər birlikdə xidmət etdiyimiz insanlardır. |
Bu, mənəvi cəhətdən çox ağırdır”. |
Qeyd edək ki, qeyri-rəsmi statistikaya görə, müharibə müddətində 100-ə yaxın ukraynalı hərbi həkim itkin və ya əsir düşüb. |
100-dən çox həkim isə həlak olub. |
Martın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfəri çərçivəsində İstanbula gəlib. |
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. |
Türkiyə Prezidenti Administrasiyasından görüşlə bağlı verilən açıqlamaya əsasən, tərəflər arasında Ukraynada davam edən müharibənin gedişi, Taxıl Dəhlizi sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət, bölgədə daimi sülh axtarışları ətraflı müzakirə olunub. |
Həmçinin prezidentlər Türkiyə və Ukrayna münasibətləri barədə də fikir mübadiləsi aparıblar. |
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. |
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. |
Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. |
Xan qızı Xurşidbanu Natəvan altı avqust 1832-ci ildə Şuşada dünyaya göz açıb. |
Atası Mehdiqulu xan ona anasının adını vermişdi. |
Xurşidbanu xanın yeganə övladı olduğu üçün onu tək inci mənasına gələn “Dürrü yekta” çağırardılar. |
Lakin son dövrdə aparılan araşdırmalar zamanı Xan qızının ailənin tək övladı olmaması məlum olub. |
Xurşidbanu Natəvana qədər Mehdiqulu xanın iki oğlu dünyayı gəlib, lakin onlar çox az yaşayıb. |
Bəzi ehtimallara görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşidbanu Vorontsov Daşkovun şəxsi yavəri, dağıstanlı general-mayor Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. |
Lakin araşdırmaçılar bu ehtimalın doğru olmadığını diqqətə çatdırırlar. |
Xan qızının Qarabağ bəyinə yox, kənar şəxsə ərə getməsi nəslindən olan bəzi şəxslər tərəfindən yaxşı qarşılanmayıb. |
Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu bəy bu izdivacı heç cür qəbul edə bilmirdi. |
Qasım bəy Zakir, Abdulla Asi və başqaları öz şeirlərində Xasay xanın ünvanına atmacalar atardılar. |
Xasay xanın sağ gözünün giləsini ağ pərdə örtdüyündən şairlər buna işarə edərək onu kinayə ilə “kor Xasay” adlandırıblar. |
Xan qızının Xasay xandan Mehdiqulu və Xanbikə adında iki övladı olub. |
Yaradıcılığa məhz bu illərdə başlayan Xurşidbanu ilk vaxtlar şeirlərini “Xurşid” imzası ilə yazıb. |
Xurşidbanu həm də istedadlı rəssam olub. |
Onun bədii tikmələri, “Gül dəftəri” adlı albomundakı rəsmlər buna sübutdur. |
Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşməsi olub. |
Bu görüş haqqında məlumat A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapır. |
Bəzi iddialara görə, həmin görüş zamanı Xan qızı Aleksandr Düma ilə şahmat oynayıb və fransız yazıçısına qalib gəlib. |
Bir versiyaya görə, anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. |
Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar. |
Lakin bəzi tarixçilər Xasay xanın siyasi məsələlər üçün Dağıstana qayıtdığını yazırlar. |
Natəvan 1869-cu ildə Seyid Hüseyn adlı kasıb şuşalıya ərə gedir. |
Seyid Hüseyn papaqçı olmaqla yanaşı, həm də mollalıq edərdi. |
Bu evlilikdən Xan qızının üç oğlu dünyaya gəlir. |
Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. |
Onlar Natəvanın ailə üzvləri arasında nifaq salırdılar. |
Xasay xandan olan oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. |
Xan qızı isə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilmir. |
Seyid Hüseyndən olma oğlu Mir Abbasın 17 yaşında vəfatı Xan qızına ağır təsir etdiyindən uzun müddət Natəvan bu ağır dərddən özünə gələ bilmir. |
Bəzi mənbələrin yazdığına görə, məhz oğlunun vaxtsız ölümü səbəbindən Xurşidbanu özünə “Natəvan” təxəllüsünü götürür. |
Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. |
Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. |
Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın yarımçıq qalmasına səbəb olur. |
Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. |
Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparır. |
Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunur. |
Onun Bakıda heykəli, Şuşada büstü, Ağdamda isə qəbirüstü abidəsi qoyulub. |
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında: |
Bu gün Azərbaycan qadınının iki ən aktual problemi var. |
Ailədaxili zorakılıq və qız uşaqlarının erkən nikaha cəlb edilməsi. |
Mütəxəssislər hesab edirlər ki, ailədaxili zorakılıq, məhdudiyyətlərin qoyulması, sərbəstliyin olmaması erkən nikaha şərait yaradır. |
Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalırlar. |
Bəs görəsən, sərbəstlik yoxdursa, azyaşlılar bu cür addım atmağa necə cəsarət edə bilirlər? |
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, əksər hallarda ailədə zorakılığa məruz qalan şəxslər bu cür qaçmaqla həyatlarının daha uğurlu olacağını düşünürlər:""“Bir az da müəyyən təsirlər var. |
Romantik hisslər, ailədəkilərin hərəkətini cəzalandırmaq kimi. |
Belə qızlar daha çox istifadə olunurlar. |
İl ərzində bizə 600-700 müraciət olur. |
Bunlar daha çox zorakılığa məruz qalmış şəxslərdir”. |
Qeyd edək ki, 2023-cü ildə erkən nikahların statistikası hələlik açıqlanmasa da, ümumilikdə ölkə ərazisində 54 200 nəfər nikaha daxil olub, 21 688 boşanma halı qeydə alınıb. |
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunlarının komandanı, ordu generalı Səlcuq Bayraktaroğlu ilə görüşüb. |
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib. |
Görüş yeddi mart tarixində İstanbul şəhərində baş tutub. |
Kara Kuvvetleri Komutanı Orgeneral Selçuk Bayraktaroğlu, Azerbaycan Cumhuriyeti Millî Savunma Bakan Yardımcısı ve Kara Kuvvetleri Komutanı General Leytenant Hikmet Mirzayev ile 7 Mart 2024 tarihinde İstanbul’da ikili görüşmelerde bulundu. |
#MillîSavunmaBakanlığı pic.twitter.com/MquOOj1UD0 |
Azərbaycanda fəaliyyət göstərən dini qurumların birgə təşkilatçılığı ilə Bakıda “Dinlərarası harmoniya” festivalı keçirilib. |
Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. |
Qeyd olunub ki, ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ, Avropa, Gürcü yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti (protestant yönümlü icmalar), Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi Xristian dini icması, Krişna Şüuru, gürcü pravoslav, Molokan ruhani xristian və digər dini qurumların fəaliyyətini əks etdirən stendlər, sənədli film və videoçarxlar nümayiş etdirilib. |
Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə yerləşən tarixi-dini abidələr və ziyarətgahların işğal dönəmindəki və hazırki vəziyyətindən bəhs edən “Qarabağ” stendi təqdim edilib. |
Festivalda açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin vəzifələrini müvəqqəti icra edən Səyyad Salahlı bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlətin din sahəsindəki siyasətinin uğurlu icrası nəticəsində Azərbaycanda nümunəvi dövlət-din münasibətləri formalaşıb, dini etiqad azadlığı tam təmin edilib, eyni zamanda dini dəyərlərə, ibadət yerlərinə xüsusi qayğı göstərilir. |
“Məhz görülmüş bu işlər və atılmış addımlar sayəsində Azərbaycanda dövlətlə dini qurumlar arasında münasibətlərin özünəməxsus modeli dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. |
Ümummilli Liderin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin hüquqları, dini etiqad azadlığı təmin edilir, dini əqidəsindən asılı olmayaraq, dövlət hər bir vətəndaşına eyni dərəcədə diqqət və qayğı göstərir, insanlarımız bir-birinə tolerant yanaşırlar”. |
DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, nümunəvi tolerantlıq və multikulturalizmin hökm sürdüyü, dinc birgəyaşayış və dialoq mədəniyyətinin, mənəvi harmoniyanın mövcud olduğu Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu dövlət başçımızın qlobal təşəbbüs və səyləri, siyasi iradəsi sayəsində layiqli şəkildə həyata keçirir. |
“Bu gün Azərbaycanda digər xalqların mədəniyyətləri ilə zənginləşmiş yeni tipli bir mədəniyyət formalaşıb. |
Bu mədəniyyət Azərbaycanda birgəyaşayışa, çoxmillətli cəmiyyətin harmoniyasına, multikultural dəyərlərin ön mövqeyə çəkilməsinə, dinlərarası harmoniyanın möhkəm üzvi sintezinin yaranmasına gətirib çıxarıb. |
Bu da həmrəylik, ictimai-siyasi cəhətdən möhkəm Azərbaycan modelini ortaya qoyub. |
Dünyada baş verən hadisələrə, problemlərə nəzər salanda görürük ki, bu problemlərin həll edilməsi üçün sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası dialoq olduqca mühümdür”. |
Subsets and Splits